Marneuli rayonunun kəndlərində elektrik enerjisinin verilməsi dayandırılacaq
"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik şəbəkəsinin planlı bərpa işlərinə görə, 15 iyul tarixində Marneuli bələdiyyəsində elektrik enerjisinin verilməsində fasilələr yaranacaq.

Şirkətdən verilən məlumata görə, 15 iyul tarixində saat 11:00-dan 19:00-a kimi Marneuli rayonunun Dəmiyə, Yuxarı Saral, Kirovka, Dəmiyə Görarxı, Axlı Lələ, Sadaxlı, Təzəkənd və ətraf kəndlərdə elektrik enerjisinin verilməsi müvəqqəti olaraq dayandırılacaq.

Bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq və həmişəki rejimdə veriləcək.

Mənbə: tv4.ge
Print Email
FaceBook Twitter Google