İkinci Kosalıda kişi qətlə yetirilib
Marneulinin İkinci Kosalı kəndində sakinlər arasında mübahisə nəticəsində bir kişi dünyasını dəyişib. İki kişi arasında mübahisə 14 iyul tarixində baş verib.

Merin Kəpənəkçi kənd inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Asif Yüzbaşov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, mərhum və qatil uzaq qohumdur. Onlar arasında mübahisəyə isə güman ki, torpaq sahəsi ilə bağlı narazılıq səbəb olub.

Mübahisə zamanı 50 yaşlarında kişi 60 yaşlarında kişini yaralayıb. Yaralanmış şəxs Rustavi xəstəxanalarından birinə yerləşdirilib və o, bu gün, 15 iyul tarixində dünyasını dəyişib.

“Marneuli” radiosu Daxili İşlər Nazirliyindən qətl hadisəsi ilə bağlı hansı maddə ilə istintaq aparıldığı və qətli törətməkdə ittiham olunan şəxsin saxlanılıb-saxlanılmadığı barədə cavab gözləyir.

Print Email
FaceBook Twitter Google