Qiorqi Kekelidze Şaumiyaninin qaçqınlar məntəqəsində şagirdlərə kitablar təqdim edib
15 iyul tarixində Marneuli bələdiyyəsinin Şaumiyan qaçqınlar məntəqəsinə kitablar verilib. Məlumatı Gürcüstan Parlamentinin Milli Kitabxanasının rəhbəri Qiorqi Kekelidze yayımlayıb. Kitablardan əlavə qaçqınlar məntəqəsinə “National Geographic”-in jurnalları da verilib. Kitablar Şaumiyani Təhsil İcma Mərkəzinə yerləşdirilib.

“Bütün xeyirxahlıqlar yaxşıdır və alqışa layiqdir, amma xeyirxahlıq təhsilə, maarrifləndirməyə aiddirsə daha da yaxşı olur. Həmişə Qiorqi Kekelidzenin xidmətini müşahidə edirdim, həmişə istəyirdim Şaumiyani Təhsil İcma Mərkəzinin gənclərinə də kitablar gətirsin. Çünki burada yaşayan məcburi köçkün uşaqlar üçün kiçik diqqət və yenilik çox əhəmiyyət daşıyır. Mərkəzin gənclər üçün proqram üzrə koordinatoru Lili Melanaşvilinin təşəbbüsü ilə birinci məktuba cavab olaraq, iki gündən sonra cənab Qiorqi Kekelidze gəldi və bizim gəncləri sevindirdi. Hisslərimi gizlədə bilmirəm, o qədər sevinirəm və Cənab Qiorqiyə minnətdaram”, – Şaumiyan Təhsil İcma Mərkəzinin direktoru Natia Okropiridze bildirdi.

Müxtəlif kəndlərə kitabları milli kitabxananın “Ekvilibrium” hərəkatı çərçivəsində aparırlar.

“Ekvilibrium” daha 500-ə yaxın kənd şagirdinə vəd verib ki, yaxın vaxtlara aid ədəbiyyat aparacaq.


Print Email
FaceBook Twitter Google