Marneulidə baş vermiş qətl hadisəsinə görə bir nəfər saxlanılıb (VİDEO)
Marneuli bələdiyyəsinin İkinci Kosalı kəndində baş vermiş qətl hadisəsi ilə əlaqədar bir nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna bildirdilər ki, qətldə ittiham olunan şəxs həbs olunub.

Merin Kəpənəkçi kənd inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Asif Yüzbaşov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, mərhum və qatil uzaq qohumdur. Onlar arasında mübahisəyə isə güman ki, torpaq sahəsi ilə bağlı narazılıq səbəb olub.

Mübahisə zamanı 50 yaşlarında kişi 60 yaşlarında kişini yaralayıb. Yaralanmış şəxs 14 iyul tarixində Rustavi xəstəxanalarından birinə yerləşdirilib və o, bu gün, 15 iyul tarixində dünyasını dəyişib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə qəsdən adam öldürməni nəzərdə tutur. Cinayətə görə 10 ildən 15 ilədək həbs nəzərdə tutulur.


Print Email
FaceBook Twitter Google