Marneuli meriyası üzümçülüklə bağlı treninq keçmək üçün 4 740 lari ödəyib
9-10 iyul tarixlərində Marneuli bələdiyyəsində yaşayan fermer və kiçik ailə təsərrüfat nümayəndələriə treninq-kurs keçirilib.

Treninq Kvemo Kartli Dövlət qubernatoru Qiorqi Doxturişvilinin təşəbbüsü və Marneuli meriyasının dəstəyi ilə keçirilib.

“Bu tipli layihələr kənd təsərrüfatının inkişafına xidmət göstərir. Bu bizim üçün prioritetlərdən biridir”, – Marneuli meriyası mer Kənan Ömərovun şərhini yayımlayır.

Treninqi gürcü şərab Gildiyası keçirib və treninq üzümçülüyün araşdırılmasına aid idi. Marneuli yerli özünüidarəsi treninqin keçirilməsi üçün gürcü şərabı Gildiya ilə sadələşdirilmiş müqavilə bağlayıb.

“Xatırladaq ki, Kvemo Kartli qubernatorunun təşəbbüsü ilə regionun (Bolnisi, Qardabani) bələdiyyələrində 2022-ci ilin iyun ayında “Gürcü çərabı Gildiya” MMC vasitəsi ilə fermer, kiçik ailə təsərrüfatı nümayəndələri üçün lazımı bilginin çatdırılması məqsədi ilə treninq-kurslar keçirilib. Treninq üzümçülük və meyvəçiliklə bağlı baştutub. Təcrübə gösətirb ki, keçirilmiş treninq-kurslar fermerlərin bilgisini hiss olunacaq dərəcədə artıb. “Gürcü şərabı Gildiyası” MMC-nin Marneuli bələdiyyəsində fəaliyyət göstərən fermerlərin biligisini artırmaq məqsədi ilə, cari ilin 9-10 iyulunda treninq-kurslar keçirməsini məqsədyönlü hesab edirik”, – sadələşdirilmiş alqı-satqı izahatnamə kartında yazılıb.

Marneuli meriyası yerlifermer və kiçik ailə təsərrüfatı nümayəndələrinə treninq keçirmək üçün 4 740 lari xərcləyib.

Print Email
FaceBook Twitter Google