Marneulili kikboksçular beynəlxalq turnirdən altı medalla qayıdıblar
Batumi şəhərində keçirilmiş kikboksinq üzrə beynəlxalq turnirdə Marneulili idmançılar uğurla mübarizə aparıblar.

Marneuli İdman Məktəbindən bildirdilər ki, yarışda müxtəlif çəki dərəcələrində gənclər iştirak ediblər.

"Bu turnirdə Marneuli İdman Məktəbinin altı üzvü iştirak edirdi. Onlardan beşi medalla qayıdıb. İki qızıl, üç gümüş və bir bürünc medal qazanıblar"
, – İdman Məktəbindən bildirdilər.

Turnir Batumi şəhərində 16-17 iyul tarixlərində keçirilib.

Print Email
FaceBook Twitter Google