Vardavar – Tsitelisopelidə Perisdzvaleba erməni bayramı qeyd olunub
24 iyulda Marneulinin Tsitelsopeli kəndində Vardavar bayramı qeyd olunub. Tsitelsopeli sakini Aram Akopyanın “Marneuli” radiosuna bildirdiyinə görə, dini bayramı bütün kənd qeyd edir. Çünki Vardavar ən mühüm dini bayramlardan biridir.

“Vardavar bizim üçün “Peristsvaleba” bayramıdır və ruhən təmizlənməkdir. Bu hər il, iyul ayının sonuncu həftəsində baş verir, tarix dəyişkəndir. Bizim təşkilatın gəncləri və bütün kənd əhalisi, uşaqlar ilə birlikdə bu bayramı qeyd etdik. Bolnisi Gənclər Evi təşkilatının üzvləri də bizə qoşuldular və erməni dilində bayramımızı təbrik etdilər. Sərinləşdirici, pozitiv bayramdır və hamının bu bayramda iştirak etmək imkanı var”.


Vardavar bayramından əhali bir-birini isladır. Çox araşdırmaçılar “Vardavar” temrininin het dilindən gəldiyini hesab edir. Het dilində vadar – “su”, arr – “islatmaq” deməkdir və onu Ermənistan üçün ilin ən quru dövrdə yağış yaratmaq magiyası ilə əlaqələndirirlər. Vardavar günü adamların bir-birini islatdığı suyun müalicəvi olduğunu və xoşbəxtlik, firavanlıq, uğur gətirdiyini hesab edirlər. Terminin ikinci variantı da var və vardavar sözündən kökünü, “vard” sözünü ayırırlar.

“Bu erməni icması üçün mühüm kilsə bayramıdır. Bu zaman keşiş suya xeyir-dua verir və sonra su ilə oyun başlayır. Suda qızılgül yarpaqlarının olması mühümdür. Çünki vardavar sözü də vardi sözündən gəlir. Vardavarın proseslərindən sonra ailələr süfrə açırlar və ya su, çay, yaxud göl, dəniz və s. kənarında bayramı qeyd edirlər. Əlbəttə, erməni rəqsləri, mahnılar və s. də olur”, –
Aram Akopyan bildirdi.

Peristsvaleba erməni bayramı Pasxadan 98 gün sonra qeyd olunur. Vardavar bayramında kilsələr çiçəklərlə bəzədilir, buğda və arpa sünbüllərindən bağlanmış dəstəyə xeyir-dua verilir.

Print Email
FaceBook Twitter Google