Marneuli-Koda yolunda yol-nəqliyyat hadisəsi baş verib – Xəsarət alanlar var (VİDEO)
13:31 / 26.07.2022
Bu gün, 26 iyul tarixində saat 12:00 radələrində Marneuli-Koda
yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Qəza zamanı üç avtomobil toqquşub. Hadisə yerinə təcili tibbi
yardım, yanğınsöndürən və yol patrul xidmətinin əməkdaşları cəlb
olunublar.
Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata
görə, baş vermiş faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı
maddəsi ilə istintaq aparılır. Həmin maddə yol hərəkəti və ya
istismar qaydalarınının pozulmasını nəzərdə tutur.