Marneulidə 2 965 müəllimdən 995 nəfərin statusu yoxdur
Marneuli bələdiyyəsi miqyasında 74 ictimai məktəb var. Həmin məktəblərdə 2 965 müəllim işləyir.

Müəllimlər öz statuslarına görə bir neçə kateqoriyaya bölünür – baş, aparıcı və mentor müəllim. Təhsil müəssisələrində bu günə qədər statussuz müəllimlər var. Onlar hələ də fənn imtahanını verməyiblər. Marneuli bələdiyyəsi miqyasında belə müəllimlərin sayı 995 nəfərdir. Statistikanı yerli Resurs Mərkəzin direktoru Əli Qəhrəmanov verdi və bildirdi ki, Marneuli ictimai məktəblərində 850 baş, 104 aparıcı və 7 mentor müəllim var.

“Digər bir neçə bələdiyyə ilə müqayisədə bizdə daha çox məktəb və daha çox əməkdaş var. Ona görə nəticə ortadır. İmtahanı verməyənlərə 2023-cü ilin yanvar ayına qədər vaxt verilib. Əgər təxirə salınmazsa bundan sonr işləyə bilməyəcəklər”, – Əli Qəhrəmanov bildirdi.

Pedaqoqların karyerada inkişafı onların maaşına təsir göstərəcək. Baş müəllim aylıq əlavə olaraq 650 lari, aparıcı müəllim 950 lari, mentor statusu olan müəllim isə 1250 alacaq.

Qeyd edək ki, məktəblərdə təcrübəçi müəllim statusu ləğv olunub. Onlardan bəzisi indi təhsil sisteminə araşdırmaçı proqramı ilə qoşulub. Qeyri-gürcüdilli məktəblərdə müəllimlərə statusu qaldırmaq üçün 2023-cü ilə qədər vaxt verilib. Qeyri-gürcüdilli məktəblərin ana dili müəllimlərinə ixtisası artırmaq imkanı bu il ilk dəfə verilib. Azərbaycan və erməni dili pedaqoqlarının fənn imtahanları Gürcüstanın Elm və Təhsil Nazirliyinin qərarı ilə, Qiymətləndirmə və Milli İmtahan Mərkəzi tərəfindən hazırlanıb.

Print Email
FaceBook Twitter Google