Marneuli-Koda yolunda baş vermiş qəza zamanı Bolnisinin hakimi dünyasını dəyişib
26 iyul tarixində Marneuli-Koda yolunda, təxminən saat 10:00-da baş vermiş qəza zamanı Bolnisi məhkəməsinin hakimi dünyasını dəyişib. Gürcüstan Ali Məhkəməsi dünyasını dəyişmiş şəxsin ailəsinə başsağlığı verib.

“Gürcüstan Ali Məhkəməsəi bu gün baş vermiş bədbəxt hadisə nəticəsində Bolnisi Rayon Məhkəməsinin hakimi Levan Bardavelidzenin ölümünə görə dərin hüznünü bildirir və cənab Levanın ailəsinə, yaxınlarına, həmkarlarına başsağlığı verir. Cənab Levan nümunəvi həmkar idi. O, uzun illər ərzində layiqli şəkildə və yüksək peşəkarlıqla hakimlik vəzifəsini yerinə yetirirdi. Onun gözlənilməz ölümü bütün məhkəmə sistemi üçün böyük itkidir”, – Gürcüstan Ali Məhkəməsinin Facebook səhifəsində yazılıb.

Qəza Marneuli-Koda əlaqələndirici yolunda, 26 iyul saat 10:00-da baş verib.

Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna bildirdilər ki, Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır. Həmin maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismarı zamanı qayda pozuntusunu nəzərdə tutur.

Həmin yolda axşam saatlarında daha bir qəza baş verib. Şahidlərin məlumatına görə, yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər həyatını itirib.

Tbilisi-Marneuli yolunda hərəkət edən marşrut və minik avtomobili toqquşub.

Qəza yerində olmuş şəxs “Marneuli” radiosuna bildirdi ki, böyük ehtimalla Tbilisidən gələn Tbilisi-Marneuli marşrutu sərnişin gətirirmiş. Onun məlumatına görə qəza nəticəsində iki nəfər dünyasını dəyişib.

Print Email
FaceBook Twitter Google