“Pulun dəyəri yoxdur, hər şeyin qiyməti artıb” – Marneuli sakinləri məhsulların qiymətinin artması barədə

 

1 kiloqram şəkər 3,40 lari, 800 qram qarabaşaq 7 lari, 900 qram uzun düyü 10 lari, 800 qram manna yarması 3 lari, 100 qram orta keyfiyyətli çay 4,70 lari, 1,8 litr günəbaxan yağı 18 lari – bu əhaliyə gündəlik həyatında lazım olan məhsulların siyahısıdır.

 

Supermarketlərdə və aqrar bazarda qiymətlər hər gün artır. Əhali deyir ki, hər ay qida məhsullarına ən az 1000 lari lazımdır. Onların aylıq gəliri isə xərclərdən azdır.

“Baxın, bu günəbaxan yağı nədir, 10 lariyə qədər pul ödədim. Hər şey çox bahadır. Günəbaxan yağı, şəkər, un – hansı birini deyim. Bizim o qədər gəlirimiz yoxdur ki, bunları ala bilək. Qida məhsullarına ayda təxminən 1000 lari lazımdır.

Əsasən təqaüd və övladımın maaşından asılıyıq, bu pul hansı birinə kifayət edir?” – Karina Ananyan bildirdi.

Karina kimi digər Marneuli sakinləri də qiymətlərin artmasında şikayətlənir və deyirlər ki, mağazaya girəndə ən az 100 larilik ərzaq almalı olurlar.

“Əvvəl həyat yoldaşın alış-verişə gəlirdi. İndi mən gəlmişəm, 30 lari xərclədim. Hər şeyin qiyməti artıb”.
“Evdən çıxanda sevinirsən ki, pul aparırsan, nə isə alacaqsan. Gəlirsən və bilmirsən nəyə xərcləyibsən. Pulun dəyəri yoxdur. Hər şeyin qiyməti artıb. Birtəhər yaşamağa çalışırıq. Baxın, meyvə və nələrsə almışam, 85 lari xərclədim. Bu gün aldığımız ərzaq sabah eyni qiymətə olmur. Gedirsən və yeni qiymət ödəyirsən”, – Arzu Çobanova bildirdi.

“Ötən il 100 lariyə hər şey alırdıq, indi onun yarısını ala bilirik. Əsasən yağ, un bahalaşıb. 111 lari xərclədim, görün, nə almışam”, – Marneuli sakini deyir.

Mağaza rəhbərliyi də qiymətlərin artmasında danışır. Bizimlə söhbəti zamanı supermarketlərdən birinin sahibi bildirdi ki, məhsullara hər həftə demək olar yeni qiymətlər gəlir. Onun sözlərinə görə, süd məhsulları 8%, günəbaxan yağının qiyməti isə 7% artıb."Marneuli" Radiosu
Print Email
FaceBook Twitter Google