Parlamentin deputatı Savalan Mirəyev Dmanisinin fəxri vətəndaşı
adına layiq görülüb. Bu barədə məlumatı deputat rəsmi “Facebook”
səhifəsində paylaşıb.
O, ötən gün, 26 iyul tarixində Dmanisi rayonunda keçirilən
Dmanisoba bayramında iştirakın ona xüsusi sevinc bəxş etdiyini
yazıb. Savalan Mirzəyev hər il olduğu kimi, bu il də Dmanisoba
bayramında iştirak etdiyini və ona Dmanisinin fəxri vətəndaşı
adının verildiyini vurğulayıb.
Mirzəyev bu ada layiq görüldüyü üçün Dmanisi yerli özünü idarəsinin
rəhbərliyinə təşəkkür edib.
“Bu gün Dmanisi Bələdiyyəsi Dmanisoba bayramını qeyd
etdi. Mən həmişə ora sevinclə gedirəm, çünki Dmanisi doğulduğum
yerdir. Bu dəfə yerli sakinlər mənə böyük məsuliyyət verdilər – bu
gün məni Dmanisi şəhərinin fəxri vətəndaşı adına layiq gördülər və
müvafiq mükafatı təqdim etdilər. Dmanisi şəhərinin fəxri vətəndaşı
olduğum üçün çox fəxr edirəm, buna görə yerli özünüidarə
rəhbərlərinə təşəkkür edirəm!”
Borçalı türklərinin "Elat" mədəniyyət günləri 2009-cu il iyul
ayının 26-da “Borçalı” Cəmiyyəti tərəfindən əsası qoyulmuş və hər
il eyni tarix və eyni məkanda keçirilirdi. “Dmanisoba” bayramı hər
il Dmanisi bələdiyyəsinin təşkilatçılığı ilə həyata keçirilir.
Əsas foto Dmanisi meriyasının səhifəsindən götürülüb.