Dəllər sakinləri “RMG” şirkətinin kəndə yaxın ərazidə elan etdiyi filiz axtarışı layihəsinə etiraz edir
Bolnisi bələdiyyəsində, Dəllər (Muşevani) əhalisi “RMG” şirkəti tərəfindən kəndə yaxın ərazidə elan edilmiş filiz axtarışı layihəsinə etiraz edir.

Yerli sakinlər artıq imza toplamağa başlayıblar. Dəllər sakinləri bildirirlər ki, şirkət mineralların axtarışı layihəsi ilə bağlı yalnız kəndin bir qismi ilə konsultasiya keçib. “RMG”-nin layihəsinə görə, il ərzində planlaşdırılmış partlayışların təxmini sayı 55 olacaq. (Həftədə iki dəfə).

Ancaq qazıntı qurğuları il ərzində 200 saat işləyəcək. Partlayışdan yaranmış səsin müddəti hər dəfə bir neçə saniyə davam edəcək. Əhali qorxur ki, bu vəziyyət onların kəndinin ekologiyasına ciddi ziyan vuracaq.




Əhaliyə təşviqat prosesində “Salam” platforması kömək edir. Təsisçilərdən Rabil İsmayıl bildirir ki, Milli Ekologiya Agentliyinə tövsiyələri nəzərə almaq üçün yerli sakinlərin imzasını təqdim edəcəklər.




Hüquqi məsələlərin həllində Muşevani sakinlərinə Sosial Ədalət Mərkəzi (EMC) də kömək edir. “Marneuli” radiosu təfərrüatları aydınlaşdırmaq üçün “RMG” şirkəti ilə əlaqə saxlamğa çalışır. Məlumat alan kimi material yenilənəcək.
Print Email
FaceBook Twitter Google