Marneulidə havaya atəş açan və drift edən 3 nəfər cərimələnib
İyulun 28-də sosial şəbəkələrdə Marneulinin İmir kəndində şənlik kortejinin hərəkətini və havaya atəş açıılmasını əks etdirən video yayılıb. Sözügedən videomaterialla bağlı Daxili İşlər Nazirliyi 3 nəfəri cərimələyib.

“Media orqanının jurnalisti yayılan videogörüntüləri hüquq-mühafizə orqanlarının əməkdaşlarına təqdim edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirişi aldıqdan dərhal sonra faktla bağlı araşdırmalara başlayıblar. Polis əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlər nəticəsində qanunu pozanlar qısa müddətdə müəyyən edilərək cərimələniblər. Daha dəqiq desək: Kadrlarda göstərilən avtomobilin sürücüsü İnzibati Xətalar Məcəlləsinin 125-ci (qəza vəziyyəti yaratma) maddəsinə əsasən, 2 nəfər isə həmin Məcəllənin 181-3-cü (qaz və ya pnevmatik silahın daşınması qaydalarını pozma) maddəsi ilə cərimə olunub”.


Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, polis əməkdaşları tərəfindən qaydanı pozan şəxslərin üzərindən iki səs tapançası götürülüb.

Print Email
FaceBook Twitter Google