Marneuli İdman Məktəbi 11 125 lariyə kompüter və aksessuarlar almağı planlaşdırır
Marneuli bələdiyyəsinin idman məktəbi kompüter, printer və kompüter aksesuarları almağı planlaşdırır. İdman məktəbi iyulun 25-də kompüter avadanlığı və aksesuarlarının alınması ilə bağlı tender elan edib.


Tender təklifinə əsasən, idman məktəbi rəhbərliyin ehtiyacları üçün kompüterlər almağa hazırlaşır.

Tender sənədlərinə əsasən, Marneuli idman məktəbi 3 ədəd noutbuk, 3 ədəd noutbuk çantası, 4 ədəd maus, 2 ədəd klaviatura, 7 ədəd fasiləsiz enerji təchizatı, 3 ədəd printer, 2 ədəd sistem bloku və 2 ədəd monitor alacaq. Marneuli idman məktəbi kompüter avadanlığı və aksesuarlarının alınması üçün 11125 lari ödəməyi planlaşdırır. Tenderdə iştirak etmək istəyən şirkətlər öz təkliflərini avqustun 1-dən avqustun 3-dək olan müddətdə təqdim edə biləcəklər.

Print Email
FaceBook Twitter Google