Marneulinin fərqlənən 9-cu sinif şagirdlərinə kompüterlər veriləcək
Marneuli bələdiyyəsinin 74 ictimai məktəbində 34 şagird doqquzuncu sinfi fərqlənmə ilə bitirib. Söhbət 2021-2022-ci tədris ilinin baza pilləsini uğurla başa vurmuş şagirdlərdən gedir. Yerli Təhsil Resurs Mərkəzindən “Marneuli” radiosuna bildirdilər ki, on məktəbin şagirdinə təhsildəki uğuruna görə kompüterlər veriləcək.

“Bunlar Baydar, Marneuli şəhər 5 saylı, Tsereteli, Kürtlər, Böyük Muğanlı, Aşağı Saral, Marneuli 6 saylı, Şaumyan 2 saylı, Algeti 1 saylı və Sadaxlı 1 saylı ictimai məktəbləridir”, – Təhsil Resurs Mərkəzindən bildirdilər.

Elm və Təhsil Nazirliyinin “Mənim ilk kompüterim” layihəsi 2009-cu ildən həyata keçirilir. Proqramdan ictimai məktəblərin VII, VIII, IX sinifləri bitirmiş və pillə qiyməti 10 bal olan şagirdləri yararlanır.

Print Email
FaceBook Twitter Google