Rustaveli küçəsinin bərpa layihəsini əldə etmək üçün tender mənfi nəticə ilə başa çatıb
Marneuli meriyası tərəfindən Rustaveli küçəsinin bərpasına lazım olan layihə sənədlərini almaq üçün elan etdiyi tender mənfi nəticə ilə başa çatıb.

Yerli özünüidarə 118 000 lari dəyərində tenderi 2022-ci ilin 20 iyununda elan edib. Tenderdə yalnız bi şirkər, “Universal Project” MMC iştirak edib və meriyaya işləri 90 000 lariyə həyata keçirməyi təklif edib. Tender komissiyasının iclas protokoluna müvafiq olaraq “Universal Project” MMC tender təklifini qne etməyib, konkret olaraq isə şirkət heyətinin təcrübəsi tenderlə nəzərdə tutulmuş tələblərə uyğun deyildi.

“Avtomobil yolları tikinti mütəxəssisi olaraq Qiorqi Tsimakuridze 4 nömrəli əlavədə qeyd edilmiş 10 illik təcrübə ilə təqdim olunub:
2 diplom: Birinci – tikinti fakültəsinin diploma, 2016-cı ildə verilib, mühəndislik üzrə bakalavr akademik dərəcəsi, ikinci – mühəndislik üzrə maqistratur akademik dərəcəsi, avtomobil yolları və aeroportların tikintisi ixtisası ilə 2018-ci ildə verilib. Qiorqi Tsimakuridze bakalavr diplomunu 2016-cı ildə alıb, təcrübəsinin bir qismi isə 2012-ci ildən hesablanır. Yəni mütəxəssis 18 yaşı olanda (1994-cü ildə dünyaya gəlib, şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur) və müvafiq diploma/ixtisası yoxdur. Yuxarıda qeyd olunanlardan irəli gələrək, bir halda ki, namizədin diskvalifikasiyası üçün tender sənədləri ilə tətbiq edilmiş tələblərlə namizədin təqdim etdiyi dəqiqləşdirilmiş sənədlər/məlumat arasında bir uyğunsuzluq belə olsa kifayətdir. Tender Komissiyası namizədin təqdim etdiyi digər dəqiqləşdirilmiş sənədləri müzakirə etməyəcək”,
– tender komissiyasının protokolunda yazılıb.

Marneuli meriyası Rustaveli küçəsinin tam bərpası/yenidənqurma layihəsinin sənədlərinin tərtib edilmə xidməti üçün tenderi, təkrar olaraq 28 iyulda elan edib.

Layihə sənədinin izahatında kanalizasiya şəbəkəsinin qurulması, parkinq üçün məkanların müəyyən edilməsi və qadağanedici tənzimləyici işarələrin yerləşdirilməsi, fiziki imkanları məhdud şəxslər üçün adaptasiya edilmiş keçidlərin, səkilərin qurulması və s. yazılıb.

“Layihədə nəzərdə tutulan küçədər dörd nəqliyyat qovşağı var: 26 may meydanı, Durmuşxan Mağalaşvili adına estekada, bazar nəqliyyat qovşağı və Səməd Vurğun meydanında başa çatır. Nəqliyyat və parkinq şəbəkəsi tənzimlənməyib, parkinq xaos şəklində olur. Bələdiyyə nəqliyyatı üçün demək olar dayanacaqlar yoxdur. Günün müəyyən hissəsində küçə doludur və tıxaclar yaranır. Məişət tullantı qabları küçədə yerləşdirilib və onlar üçün müəyyən edilmiş girişlər demək olar yoxdur. Küçənin boyunca yüksək təzyiqli qaz borusu gedir və bəzi yerlərdə üzdə, səkidə quraşdırılıb. Qeyd olunan yolun asflat/beton qatı xarab olub, oyuqlar var, çatlar qeydə alınır. Piyadalar üçün ayrılmış səkidə də analoji çatışmazlıqlar var. Layihədəki yolun eni və uzununa profilləri normaya uyğun deyil. Bu isə piyadalara və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə mane olur”, – layihə obyektinin açıqlamasında yazılıb.

Marneuli meriyası Rustaveli küçəsinin bərpasına lazım olan layihənin alınmasını yenidən 118 000 lariyə planlaşdırır. Tenderdə iştirak emtək istəyənlər 3 avqustdan 5 avqusta qədər təkliflərini göndərə bilərlər.

Print Email
FaceBook Twitter Google