Marneulidə iki nəfər kanalizasiya quyusunda dünyasını dəyişib
Marneulidə bədbəxt hadisə baş verib. Məlumata görə, 2 nəfər kanalizasiya quyusunda dünyasını dəyişib. Bədbəxt hadisə Sulxan Saba küçəsində baş verib. Belə ki, yaşayış evlərdən birinin həyətində kanalizasiya quyusunu təmizləyən fəhlə quyuya enəndən sonra onun halı qəflətən pisləşib.

Fəhlənin halının pisləşməsini görən ev sahibi onu xilas etmək üçün quyuya enib. Lakin bu zaman onun da halı pisləşib və huşsuz vəziyyətə düşüb. Nəticədə hər ikisi quyudan çıxa bilməyiblər.

Xilasedicilər hadisə yerinə gələn zaman onların hər ikisi huşsuz olublar. Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişiblər. Ölənlərin hər ikisinin orta yaşlı olduğu bildirilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 116-cı maddəsi ilə araşdırma aparılır.

"Marneuli" Radiosu
Print