Marneuli İdman Məktəbi güləş döşəkləri və boks rinqi alır
Marneuli bələdiyyəsinin İdman Məktəbi boks üçün məşq rinqi və dünya vahid güləşin yeni standartlarına uyğun güləş döşəkləri və örtük almağı planlaşdırır.

İdman Məktəbi boks rinqi və güləş döşəkləri almaq üçün iki tender elan edib.

Tender sənədlərinə görə, İdman Məktəbi 144 kv.m güləş döşəyi və bir güləş xalçası örtüyünü almaq üçün 26 850 lari ödəyəcək. İkinci tenderə görə isə İdman Məktəbi boks rinqini almaq üçün 6 525 lariyə qədər pul ödəyəcək.

Tenderlərdə iştiral etmək üçün son müddət bu gün, 1 avqusta qədərdir. Tender sənədlərinə görə, güləş döşəyi və bir güləş xalçasının örtüyünü almaq üçün tenderdə qalib gələn şirkət İdman Məktəbinə 50 gün ərzində döşəkləri təhvil verməlidir. Boks rinqi tenderində qalib gələcək şirkət isə 40 gün ərzində Marneuli İdman Məktəbinə boks rinqini verməlidir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər