Marneuli klinikalarında koronavirusa yoluxmuş xəstələr müalicə
olunmur. Bələdiyyə miqyasında koronavirusa yoluxmuş xəstələri son
aylar ərzində yalnız “Aversi” klinikasında qəbul edirdilər.
Marneulinin “Aversi” klinikasından “Marneuli” radiosuna bildirdilər
ki, indiki mərhələdə tibb müəssisəsində koronavirusa yoluxmuş üç
xəstə müalicə alır.
“İndiki mərhələdə koronavirusa yoluxmuş üç xəstəmiz var.
Koronavirusa görə müraciət edən digər xəstələri Tbilisiyə
göndəririk. Bu üç xəstəni evə buraxacağıq və artıq koronaviruslu
xəstələri qəbul etməyəcəyik”, – “Aversi”
klinikasından bildirdilər.
stopcov.ge-də yayımlanmış məlumatlara görə, son 24 saat ərzində
Gürcüstan miqyasında koronavirusa 51 yoluxma qeydə alınıb. 24
iyuldan 31 iyula qədər olan dövrdə isə Gürcüstan miqyasında
Covid-19-a 11 802 nəfər yoluxub, buradan 334 yoluxma Kvemo Kartlidə
qeydə alınıb.
Koronavirusun yayıldığı gündən bu günə qədər ümumilikdə, 1 655 221
nəfər virusa yoluxub. Onlardan 1 637 293 nəfər sağalıb, 16 811
nəfər isə dünyasını dəyişib.