Meriya “Təmiz Marneuli” və “Marneuli Kənd Suları” üçün binanın tikilməsinə 2 504 112 lari xərcləməyi planlaşdırır
Marneuli yerli özünüidarəsi meriyanın balansında olan “Marneuli Kənd Suları” MMC və “Təmiz Marneuli” MMC üçün yeni binanın tikilməsini planlaşdırır.


Meriya “Marneuli Kənd Suları” MMC və “Təmiz Marneuli” MMC-nin fəaliyyəti üçün lazım olan binaların tikinti işlərinin smeta sənədləri ilə bağlı 2 504 112 lari dəyərində tender elan edib.

Tender sənədlərinə görə, şirkətlər üçün yeni binaları Marneuli şəhəri, Ağmaşenebeli küçəsində tikəcəklər. İndiki mərhələdə tikinti işləri həyata keçiriləcək ərazidə bələdiyyə avtoparkı yerləşir və bələdiyyə ictimai nəqliyyatı dayanır.

“Kompleks altı bina-tikilidən ibarətdir:

1 nömrəli bina inzibati binadır, 4 mərtəbəli bina-tikili yüksək parapet və səthi damı var, dam mərtəbəsində kombi quraşdırılıb.

Bina fiziki imkanları məhdud şəxslər üçün adaptasiya edilib. Bu bayırdakı girişdə quraşdırılmış pandus və pilləkənlərdə quraşdırılmış liftdə qeydə alınır. Hər mərtəbə müxtəlif menecment üçün nəzərdə tutulub. Binanın bayırda yanğınsöndürmə üçün nərdivanı var və memarlıq baxımından həlli heyrətamizdir, faktiki olaraq binanın vizual görüntüsünü də nəzərdə tutur”, –
tikinti layihəsinin izahatında yazılıb.

İnzibati bina ilə yanaşı mühafizəçi üçün köşk, zirzəmi, bokslar, yuma üçün yer və nasosların tikintisi də planlaşdırılır.

Marneuli yerli özünüidarəsi 2 avqust tarixində “Təmiz Marneuli” və “Marneuli Kənd Suları” üçün ayrılmış binanın tikinti işləri ilə bağlı tender elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 19 avqustdan 24 avqusta qədər təkliflərini təqdim edə bilərlər. Tenderdə qalib gələcək şirkət tikinti işlərini müqavilə bağladıqdan 540 gün ərzində həyata keçirməlidir.

Print Email
FaceBook Twitter Google