Marneulili cüdoçu dünya çempionatında mübarizə aparacaq
Marneuili Kote Kapanadze Ekvadorun Quaiakil şəhərində gənclər üzrə dünya cüdo çempionatında mübarizə aparacaq. Bu barədə Marneuli İdman Məktəbinin “Facebook” səhifəsində məlumat yayımlanıb.

Məlumatda deyilir ki, çempionat 10-13 avqustda keçiriləcək və Marneulili cüdoçu 73 kq çəki dərəcəsində mübarizə aparacaq.

Dünya çempionatında Gürcüstan yığmasının 13 idmançısı iştirak edəcək. Onlardan 9 kişi, 4 qadındır.

"Marneuli" Radiosu
Print