Qoçulu (Çapala) məktəbinin məzunu Azərbaycan dilində ümumi qabiliyyət imtahanından 80 baldan 75 bal toplayıb
Qoçulu (Çapala) ictimai məktəbinin məzunu Aysun Nəbiyeva Azərbaycan dilində ümumi qabiliyyət imtahanından 80 baldan 75 bal toplayıb. Aysun “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, belə nəticə gözləmirmiş.

“Çox sevinirəm ki, bu qədər bal toplamışam. Ötən yazdan bu yana Pərvin müəllimin yanına hazırlığa gedirdim. Amma bu qədər bal toplayacağımı gözləmirdim. Düşünürdüm ki, 60 və ya bir az artıq olacaq. Riyazi hissə məntiqlə müqayisədə mənə çox asan idi. Hələ hansı ixtisası seçəcəyimi bilmirəm. Müəllimlik də istəyirəm həkimlik də, qərar vermək üçün hələ vaxtım var”.


Aysun ali təhsilini İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində almaq istəyir.

5 avqust tarixində, Azərbaycan dilində ümumi qabiliyyət imtahanının nəticələri yayımlanıb.

1+4 proqramı 2010 –cu ildən həyata keçirilir. Proqram ümumi qabiliyyət imtahanının erməni, azərbaycan, os və abxaz dillərində verilməsini, müvafiq bal toplandığı halda ali təhsil almaq imkanını nəzərdə tutur. Gənclər 1 il ərzində gürcü dilində hazırlıq kursu keçirlər və sonra 60 kredit topladıqları halda istədikləri fakültədə təhsillərinə davam edirlər.

2010-cu ildən Gürcüstan ali təhsil müəssisələrində etnik azlıq tələbələrinin sayı hiss olunacaq dərəcədə artıb.

"Marneuli" Radiosu
Print