Lejbəddin kəndində içməli su borusunun dəyişdirilməsi 1 257 227 lariyə planlaşdırılır
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Lejbəddin kəndində içməli su borusunun bərpa işləri üçün tender elan edib. Tender sənədlərinə görə, bu vaxta qədər olan, sıradan çıxmış polad boru yeni polietilen boru ilə əvəz olunacaq.

“Bu layihə mövcud D355.6 mm və 820 mm poladın yeni PE100, PN25, SDR7.4 D355 mm polietilen boru ilə əvəz edilməsini nəzərdə tutur. Köhnə boru çox yerdən xarab olub və suyun çatdırılması üçün maqistral rolu yerinə yetirə bilmir. Boru nasos stansiyasından gəlir və stansiya Xram çayının ərazisində yerləşir. Borunun polietilenlə əvəz edilməsi sifariş verənin tələbidir”-
Lejbəddin kəndində içməli su borusunun bərpa edilmə layihəsinin sənədlərində qeyd olunub.

Bərpa olunacaq trasın uzunluğu təxminən 1 800 metrdir.

Marneuli meriyası Lejbəddin kəndində içməli su borusunun bərpa işlərinə 1 257 227 lari ödəməyi planlaşdırır. Tenderdə iştirak etmək istəyən şirkətlər 7 sentyabrdan 12 sentyabra qədər təkliflərini göndərə bilərlər.

Tender sənədlərinə görə, tenderdə qalib gələcək şirkət müqavilə bağladıqdan 210 gün ərzində işləri həyata keçirməlidir.

Print Email
FaceBook Twitter Google