Sabirkənd və Tserakvidə su təchizatı sisteminin quraşdırılması 3 354 059 lariyə planlaşdırılır
Marneuli bələdiyyəsinin iki kəndində su təchizatı sisteminin quraşdırılması planlaşdırılır. Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Sabirkənd və Tserakvidə su təchizatı sisteminin quraşdırılması vasitəsi ilə iki tender elan edib.

Sabirkənddə içməli su sisteminin quraşdırılma layihəsinə görə, kəndin bir hissəsində hazırda köhnə su təchizatı şəbəkəsi var və sıradan çıxıb, əhaliyə tam şəkildə su çatdırılmasını təmin edə bilmir.

“Layihə çərçivəsində yeni daxili şəbəkə quraşdırılacaq. Onun diametrləri hidravlik hesabatlara və normalara görə seçilib. Daxili şəbəkədə bağlama tənzimləyici klapanları və sayğacları olan quyular quraşdırılacaq. Eləcə də hər iki mövcud hovuzun yanında xloratorlar düzəldiləcək”
- layihə təklifində qeyd olunub.

Sabirkənddə içməli su şəbəkəsinin quraşdırılmasına yerli özünüidarə 2 559 385 lari xərcləyəcək. Tserakvi kəndində su təchizatı sisteminin quraşdırılması işlərinə isə meriya 794 674 lari xərcləməyi planlaşdırır.

Tserakvidə su ssiteminin quraşdırılma layihəsinə görə, kənddə indiki mərhələdə 2 quyu quraşdırılıb və onlar boru vasitəsi ilə iki müxtəlif hovuzla əlaqələndirilib. Kənddə köhnə su təchizatı şəbəkəsi də quraşdırılıb, o sıradan çıxıb və əhalinin su ilə təmin edə bilmir.

“Layihə çərçivəsində yeni daxili şəbəkə quraşdırılacaq. Onun diametrləri hidravlik hesabatlara və normalara görə seçilib. Daxili şəbəkədə bağlama tənzimləyici klapanları və sayğacları olan quyular quraşdırılacaq. Eləcə də hər iki mövcud hovuzun yanında xloratorlar düzəldiləcək”
- Tserakvi su təchizatı sisteminin quraşdırılması layihəsində qeyd olunub.

Sabirkənd və Tserakvidə içməli su şəbəkəsinin quraşdırılması tenderində iştirak etmək istəyən şirkətlər 14 sentyabrdan 19 sentyabra qədər öz təkliflərini göndərə bilərlər. Sabirkənd layihəsində qalib gələn şirkət müqavilə bağlandıqdan 240 gün, Tserakvi layihəsində qalib gələn şirkət isə 180 gün ərzində işləri yerinə yetirməlidir.

Print Email
FaceBook Twitter Google