Marneuli meriyası və Bələdiyyə Məclisinin PR-ı üçün 55 116 lari dəyərində texnika – tender
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi fotoaparat və kompüterlərin alınması üçün iki tender elan edib.

Meriya iki personal kompüter, bir noutbuk, dörd kənar sərt diskin, dörd sərt diskin, 8 qulaqcıq və fleş yaddaş kartı, iki dinamikin alınmasına 19 925 lari ödəməyi planlaşdırır.

İki fotoaparatın, fotoaparat linzaları, yaddaş kartları, ştativlər, stabilizator və fotoaparat çantalarının alınması üçün 35 191 lari dəyərində tender elan olunub.

Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Davit Çikadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, kompüterlər və fotoaparatların alınması Meriya və Bələdiyyə Məclisinin İctimaiyyətlə Əlaqələr Şöbəsinə lazım olub.

O, bildirdi ki, qeyd olunan şöbələrdə kompüter texnikası və fotoaparatlar köhnəlib. Xidmət öhdəliyini yerinə yetirmək üçün isə yeni texnika almaq lazım olub.

Marneuli bələdiyyəsinin yerli özünüidarəsi audio-vizual texnika, aksessuarların, komputer təchizatının alınması üçün 7 sentyabrda tenderlər elan edib. Tenderlərdə iştirak etmək istəyən şirkətlər 14 sentyabrdan 16 sentyabra qədər təkliflərini göndərə bilərlər.

Print Email
FaceBook Twitter Google