Niyə Marneuli yerli özünüidarəsində Mail.ru-dan istifadə etməməlidirlər
Rus xidmətlərindən, kompüter proqramları və aplikasiyalarından istifadə Gürcüstan vətəndaşları üçün təhlükəlidir.

Kibertəhlükəsizlik üzrə mütəxəssis Andro Qotsiridze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, rus məhsullarından istifadə etmək Gürcüstan vətəndaşları üçün, xüsusilə də dövlət məmurları üçün təhlükəlidir. Çünki Rusiyada Kreml siyasəti və biznes arasında hədd silinib.

“Hər hansı kompüter xidməti istifadəçisi, eləcə də onun həminki məqamdakı yeri, hobbi, onun getməli olduğu yerlər haqqında şəxsi məlumat toplayır. Eləcə də istifadəçinin icazəsi olmadan video kamera və audio mikrofonun qeydiyyatı aktivləşdirilə, sanksiya olmadan rus xüsusi xidmətçilərinə verilə bilər.”

Kibertəhlükəsizlik üzrə mütəxəssisin açıqlamasına görə, illər ərzində Gürcüstanda rus elektron poçt xidməti Mail.ru-dan istifadə azalıb. O, qeyd edir ki, beş il əvvəlki göstəricilərlə müqayisədə mərkəzi hakimiyyət və nazirliklərdə rus elektron poçt xidmətindən istifadə tamamilə azalıb. Amma yerli özünüidarə səviyyəsində dövlət məmurları və siyasətçilər Mail.ru-dan indiyə qədər istifadə edirlər.

Mail.ru-dan istifadənin azalma tendensiyası Marneulili dövlət məmurlarında da nəzərə çarpır. Ancaq bu günə qədər rus elektron poçtundan istifadə edən məmurlar da var. “Marneuli” radiosu meriyanın səhifəsində 7 dövlət məmuru və Bələdiyyə Məclisi deputatının hələ də Mail.ru-dan istifadə etdiyini müəyyən edib. Onlardan ikisi Omar İrişov və Qivi Qiorqadze Bələdiyyə Məclisinin üzvləridirlər. Nikoloz Qoqoçuri, Rima Otaraşvili, Davit Areşidze və Aleksi Urumov əməkdaşlardır.





ხოლო ნიკოლოზ გოგოჭური, რიმა ოთარაშვილი, დავით აროშიძე და ალექსი ურუმოვი მერიაში არიან დასაქმებული.

“Dövlət məmurlarının yazışması öz-özlüyündə dövlət üçün həssas materiallardan ibarətdir. Bu materiallar birbaşa Rusiyanın əlinə düşə bilər. Rusiya isə bizə qarşı düşmən əhval-ruhiyyəsində olan dövlətdir. Bundan əlavə server və aplikasiyalar iş münasibətləri ilə heç bir əlaqəsi olmayan məsələlərlə bağlı məlumat toplayır. Məsələn, Mail.ru xüsusilə telefona qoşulubsa, özü sizin hazırda olduğunuz yeri, hansı obyektə alış-veriş və ya yemək üçün daxil olduğunuzu müəyyən edə bilir. Həmçinin, sizin telefonunuzdaki müxtəlif foto şəkilləri, audio faylları, sizin əlaqələrinizi götürə və sizə xəbərdarlıq etmədən, məlumat vermədən göndərə bilər. Rusiya bu məlumatdan hədələmə, şantaj, pul tələb etmək, məlumat əldə etmək və ya kompromat üçün istifadə edə bilər. Məsələn telefonda saxlanılan fotoşəkil və ya qeydi yayımlaya bilər. Rus xüsusi xidmətləri dəfələrlə belə işlər edib.”

Andro Qotsiridzenin sözlərinə görə, bir neçə ölkə artıq rus servislərindən, kompüter proqramları və aplikasiyalardan istifadəni qadağan edib. Amerika Birləşmiş Ştatları ölkənin dövlət ektorunda rus proqramlarının fəaliyyətini tamamilə qadağan edib. Çünki kasperski virusu dövlət məmurlarından məlumat oğurlayırmış. Litvanın Müdafiə Naziriyinin kiber təhlküəsizlik mərkəzi də dövlət məmurları rus proqramlarından istifadədən çəkinmək məqsədi ilə xəbərdarlıq edib. Çünki onlar məlumat əldə edir və Rusiyaya göndərirlər.

“Təhlükəsizlikdən başqa daha bir istiqamət mövcuddur ki, bu kimi xidmətlər əsasən Rusiya tərəfindən öz təxribatını yayımlamaq, yanlış məlumat yayımlamaq, dini və etnik münaqişə yaratmaq, üçün istifadə olunur. Bu Rusiyanın Gürcüstana qarşı olan marağıdır. Təbiidir ki, işğalçı dövlətin proqram resursu, eləcə də texniki və ya intellektual baxımdan Gürcüstan üçün qəbuledilməzdir. Hələ ki, Kremlin aşkar şəkildə düşman münasibəti bəslədiyi xidmətlərdə duran məmurlar üçün qəbuledilməzdir.”

Kiber təhlükəsizlik mütəxəssisinin sözlərinə görə, Kreml əksər hallarda rusdilli əhalidən öz təsirini gücləndirmək üçün istifadə etməyə çalışır. Vladimer Putin 6 sentyabrda sərəncam imzalayıb. Sərəncama görə, qonşu ölkələrin ərazisində nəinki rus mənşəli hətta rusdilli vətəndaşları da qoruyacaq. Qotsiridzenin açıqlamasına görə, Putinin qeyd olunan qərarı Gürcüstanın bütün vətəndaşları üçün təhlükə daşıyır. Onlar rus marağının daşıyıcısı olmamağa çalışmalıdırlar. O, əhalini iş münasibətlərində, eləcə də komptüer texnikası və proqramlarında maksimum dərəcədə rus dilindən istifadə etməməməyə çağırır.
Print Email
FaceBook Twitter Google