Torpağın qeydiyyatdan keçirilməsi üçün hansı mərhələlərdən keçmək lazımdır
2022-ci ilin 1 yanvarından ölkə miqyasında torpağın sistemli qeydiyyatına başlanılıb.

Gürcüstan Ədliyyə Nazirliyinin İctimai Reyestr Milli Agentliyi 2022-2024-cü illərdə Gürcüstanın bütün bələdiyyələrində (İşğal edilmiş ərazilərdən və özünüidarə şəhərləri: Tbilisi, Batumi, Kutaisi, Rustavi, Poti başqa) sistemli qayda ilə mərhələli şəkildə ölçəcək və özəl, dövlər və ya bələdiyyə əmlakı olan torpaq sahələrini qeydiyyatdan keçirəcək. İslahat ölkənin 10000-dən artıq inzibati vahidliyini əhatə edir. Məlumat vermək üçün 7 sentyabrda Gürcüstan Ədliyyə Nazirliyinin İctimai Reyetsr Milli Agentliyi Marneulidə torpağın sistemli qeydiyyat islahayı məsələləri ilə bağlı vətəndaşlarla görüş küçirib. İstəyi olanlara yerində SLR.napr.gov.ge veb-portalında qeydiyyatdan keçmək şəriti yaradılıb.



Torpağın sistemli qeydiyyatı nəyi nəzərdə tutur və prosesə başlamaq nə dərəcədə mühümdür, qeydiyyat üçün hansı prosedurlar vacibdir və kim qeydiyyatdan keçə bilər, yerli özünüidarə bu prosesə hansı formada qoşulacaq və bunların hamısı sosial yardım alanların balına təsir göstərəcəkmi – “Marneuli” radiosunun bu suallarına Ədliyyə Evinin İctimai Reyetsr Milli Agentliyinin torpağın sistemi qeydiyyatı xidmətinin rəhbəri Laşa Mesxi cavab verdi. O, bildirdi ki, qeydiyyat prosesi vətəndaşlar üçün əlavə xərclər nəzərdə tutmur.

“Sistemli qeydiyyat nəzərdə tutur ki, İctimai Reyetsr əməkdaşlarının özləri, öz ölçü cihazları, öz avtomobilləri vasitəsi ilə, tapılmış sənəd əsasında həmin yerə gedəcək, torpaq sahəsini ölçəcək. Vətəndaşın yeganə öhdəliyi odur ki, öz əmlakında olan torpaq sahəsini qeyd etməlidir. Vətəndaşın başqa öhdəliyi və ya maddi xərci yoxdur."





Laşa Mesxi bildirir ki, torpağın sistemli qeydiyyatı ümumilikdə 5 mərhələdən ibarətdir və bütün prosedurları keçməklə dörd ay vaxt tələb edir.

“Birinci mərhələ mövcud arxiv hüquqlarını müəyyən edən sənədlərin axtarışından ibarətdir. Layihəyə başlamazdan əvvəl Milli Arxivdən, Gəlirlər Xidmətindən, bələdiyyələrdən sənədləri axtardıq. Əgər haradasa hansısa tipli hüquq müəyyən edən sənəd vardısa axtardıq. Eləcə də biz hüquq müdafiə edən sənədlərin sistemləşdirilməsini başa vuranda, vətəndaşların aparılan işlər barədə məlumatlandırılmasını həyata keçiririk. Bu sms və ya avtomatik cavab verən zəng ola bilər. O, vətəndaşa aparılan işlərin başlama tarixini bildirir. Aparılan işlər İctimai Reyestrin əməkdaşları tərəfindən həyata keçirilir. Bu artıq üçüncü mərhələdir ki, bizim əməkdaşlar, ölçənlər gedir yerində, merin nümayəndəsinin yardımı ilə inzibati ərazidə işləri planlaşdırırlar. Ölçməklə yanaşı həmin vətəndaşın başqa torpaq sahələri (əkin-biçin sahəsi) haqqında məlumat toplanır. İşlərdən sonra göstəricilərin ictimai yayımlanması həyata keçirilir. Bu növbəti mərhələdir. Həmin mərhələ İctimai Reyestrin işlər zamanı hansı məlumatı əldə edər və axtararsa, ictimaiyyətə çatdırırıq. Məlumatlara İctimai Reyestrin veb-səhifəsində, xüsusi veb-səhifədə SLR.napr.gov.ge-də baxa bilərsiniz. Yerli bələdiyyənin veb-səhifəsindən və fiziki olaraq işlər həyata keçirilən orqanlarda da baxa bilərsiniz. Siz burada qrafik göstəricilərə, eləcə hüquqi məzmunlu məlumatlara baxa bilərsiniz ki, bu sahə kimin adınadır, nə sahəsidir, harada yerləşir, qeydiyyatdan keçirilir ya yox. İctimai yayımlamadan sonra göstəriciləri yoxlayırıq. Əgər lazımdırsa təkrar məkana gedirik. Bundan sonra sonuncu mərhələ hüquq qeydiyyatıdır. Bu zaman yekun məlumatımız olur və qeydiyyatdan keçirib keçirməyəcəyimizə qərar veririk.”

Ədliyyə Nazirliyinin İctimai Reyestrinin Milli Agentliyinin torpağın sistemli qeydiyyat xidmətinin rəhbərinin sözlərinə görə, qeyd olunan prosesə özünüidarə qoşulub. İnzibati vahidliklərdə merin nümayəndələri onlara ünsiyyət qurmaqda kömək edir.

“Onlara layihənin və bizim getməyimizin səbəbini izah etməyə kömək edirlər. Marneuidə hələ başlanğıc mərhələdir. İndi mobilizasiya başlayıb və əsasən hansı tipdə problemlərimiz olacaq, üç dörd gündə daha aydınlaşacaq. Ancaq ümumiyyətlə indiki mərhələdə meriyanın qoşulması problem olmayıb, əksinə bacardıqları qədər bizə kömək edirlər.”

Laşa Mesxinin sözlərinə görə tez-tez əhali hesab edir ki, torpaq sahəsinə hüquq qeydiyyatı onların sosial statusuna təsir edəcək və onların yardımını dayandıracaqlar. Ancaq bunlar hamısı həqiqət deyil. Onun sözlərinə əsasən azərbaycan və erməni dilində məlumat bukletləri hazırlanır. Bukletlərdə layihə haqqında məlumat olacaq.

“Sistemli qeydiyyat çərçivəsində torpaq sahəsinə hüquq qeydiyyatı ballara yenidən baxış keçirilməsinə əsas deyil. Əgər bu dövr ərzində şəxs torpaq sahəsini qeydiyyatdan keçiribsə və başqa heç nə olmayıbsa, qanuna əsasən bu mənim sosial balıma baxış keçirilməsi üçün əsas deyil. Bir halda ki, torpağı qeydiyyatdan keçirib, ona sosial yardım düşmür kimi məsələ yoxdur. Bu qadağa qanunda var.”

İctimai Reyestrinin Milli Agentliyi 2024-cü ilin sonuna qədər bütün bələdiyyələrin ərazisində torpaq qeydiyyatını təmin edəcək.

Print Email
FaceBook Twitter Google