Dmanisidə “Görüş yerinin” təqdimatı keçiriləcək
Dmanisi bələdiyyəsində çoxfunksiyalı incəsənət təşkilatı “Görüş yerinin” təqdimatı 10 sentyabrda keçiriləcək. Təşkilat tərəfindən yayımlanmış məlumata görə, təqdimat Dmanisi Mərkəzi parkında, saat 14:00-da baş tutacaq.

Təşkilatının məlumatına görə, təşəbbüs qrupu Dmanisidə alternativ mədəni və sosial proseslərin aparılmasına Dmanisi Teatrının keçmiş bədii rəhbəri Laşa Çxvimianinin rəhbərliyi və USAİD-in Mülki Cəmiyyətinin İştirakı proqramının dəstəyi ilə qərar verib.

“2020-ci ildə, bu qrup 200-ə yaxın Dmanisili gənc arasında sorğu keçirib. Araşdırma zamanı onların hamısı qeyd edirdi ki, öz gələcəklərini Dmanisidə görürlər, ona görə də maraqlı idi, nə arzulayırdılar, valideynlərin şəhərdən qaçmaması üçün Dmanisidə nəyin olub-olmamasını istəyirdilər. Həmin gənclər 10 arzu yazıblar. Onlardan aydın şəkildə görünürdü ki, Dmanisililər, məsələn, kafe və ya uşaqlar üçün hansısa əyləncə mərkəzinin, kinoteatr, kitabxana kimi toplaşa biləcəkləri yerin olmamasından narahatdırlar. Onları belə elementar ictimai və ya mədəni məkanların olmaması narahat edir. Yad adamların (bu yadlaşma həqiqətən etnik rəngarənglik olan regionlarda mövcuddur) bir-biri ilə müsbət mühitdə görüşməsi üçün görüş yeri yoxdur”.

Çoxfunksiyalı incəsənət təşkilatının bəyanatına görə, onların məqsədi Dmanisidə mədəni prosesləri geri qaytarmaqdır. Bunun üçün təşkilat əhalinin köməyi ilə “Görüş yeri” məkanının tikəcək. Bu məkanda teatr, kino, kafe, kitab mağazası, kitabxana-mütaliə üçün yer, teatr studiyası və qeyri-rəsmi təhsil məkanı olacaq.

“10 sentyabrda Dmanisi Mərkəzi parkında keçiriləcək 15-20 dəqiqəlik təqdimatdan sonra karnaval tipli, izdihamlı və rəngarəng yürüş keçiriləcək. Yürüş mərkəzdən həmin “Görüş yerinin” tikiləcəyi yerə qədər davam etdiriləcək. Yolda qarşılaşdığımız adamları “Görüş yerini” nəzərdən keçirməyə dəvət edəcəyik. Onlar “Görüş yerinin” necə olacağı barədə banerlə qarşılaşacaqlar. Vətəndaş cəmiyyətinin, sıravi vətəndaşların, bizim köməyimizlə ilin sonuna qədər tikiləcək və yeni il gecəsi təntənəli açılışı ediləcək məkanla tanış olacaqlar. İstəyi olanların “Görüş yerinin” yaradılması üçün ilkin ianə göstərmək imkanı da olacaq”.

Təşkilatın bildirdiyinə görə, yeni məkanın tikintisi ilə yanaşı Dmanisililərə rəngarəng yaradıcılıq yenilikləri də təklif edəcəklər. İl ərzində təşkilat ümumilikdə 50-dən artıq fəaliyyət planlaşdıracaq.

Print Email
FaceBook Twitter Google