Dmanisi bələdiyyəsində çoxfunksiyalı incəsənət təşkilatı “Görüş
yerinin” təqdimatı 10 sentyabrda keçiriləcək. Təşkilat tərəfindən
yayımlanmış məlumata görə, təqdimat Dmanisi Mərkəzi parkında, saat
14:00-da baş tutacaq.
Təşkilatının məlumatına görə, təşəbbüs qrupu Dmanisidə alternativ
mədəni və sosial proseslərin aparılmasına Dmanisi Teatrının keçmiş
bədii rəhbəri Laşa Çxvimianinin rəhbərliyi və USAİD-in Mülki
Cəmiyyətinin İştirakı proqramının dəstəyi ilə qərar verib.
“2020-ci ildə, bu qrup 200-ə yaxın Dmanisili gənc
arasında sorğu keçirib. Araşdırma zamanı onların hamısı qeyd edirdi
ki, öz gələcəklərini Dmanisidə görürlər, ona görə də maraqlı idi,
nə arzulayırdılar, valideynlərin şəhərdən qaçmaması üçün Dmanisidə
nəyin olub-olmamasını istəyirdilər. Həmin gənclər 10 arzu yazıblar.
Onlardan aydın şəkildə görünürdü ki, Dmanisililər, məsələn, kafe və
ya uşaqlar üçün hansısa əyləncə mərkəzinin, kinoteatr, kitabxana
kimi toplaşa biləcəkləri yerin olmamasından narahatdırlar. Onları
belə elementar ictimai və ya mədəni məkanların olmaması narahat
edir. Yad adamların (bu yadlaşma həqiqətən etnik rəngarənglik olan
regionlarda mövcuddur) bir-biri ilə müsbət mühitdə görüşməsi üçün
görüş yeri yoxdur”.
Çoxfunksiyalı incəsənət təşkilatının bəyanatına görə, onların
məqsədi Dmanisidə mədəni prosesləri geri qaytarmaqdır. Bunun üçün
təşkilat əhalinin köməyi ilə “Görüş yeri” məkanının tikəcək. Bu
məkanda teatr, kino, kafe, kitab mağazası, kitabxana-mütaliə üçün
yer, teatr studiyası və qeyri-rəsmi təhsil məkanı olacaq.
“10 sentyabrda Dmanisi Mərkəzi parkında keçiriləcək
15-20 dəqiqəlik təqdimatdan sonra karnaval tipli, izdihamlı və
rəngarəng yürüş keçiriləcək. Yürüş mərkəzdən həmin “Görüş yerinin”
tikiləcəyi yerə qədər davam etdiriləcək. Yolda qarşılaşdığımız
adamları “Görüş yerini” nəzərdən keçirməyə dəvət edəcəyik. Onlar
“Görüş yerinin” necə olacağı barədə banerlə qarşılaşacaqlar.
Vətəndaş cəmiyyətinin, sıravi vətəndaşların, bizim köməyimizlə ilin
sonuna qədər tikiləcək və yeni il gecəsi təntənəli açılışı ediləcək
məkanla tanış olacaqlar. İstəyi olanların “Görüş yerinin”
yaradılması üçün ilkin ianə göstərmək imkanı da
olacaq”.
Təşkilatın bildirdiyinə görə, yeni məkanın tikintisi ilə yanaşı
Dmanisililərə rəngarəng yaradıcılıq yenilikləri də təklif
edəcəklər. İl ərzində təşkilat ümumilikdə 50-dən artıq fəaliyyət
planlaşdıracaq.