“Gürcüstanda yerli səviyyədə iştirakçı demokratiya və insan
hüquqlarının gücləndirilməsi” layihəsi çərçivəsində Marneuli
bələdiyyəsi və Avropa Şurası arasında memorandum bağlanıb.
Avropa Şurasının qeyd olunan layihəsinin nümayəndəsi Pelaqia
Maxauri “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Avropa
Şurası və layihə çərçivəsində seçilmiş 15 bələdiyyə arasında 22
sentyabr tarixində memorandum bağlanıb.
“Memorandumda bir neçə istiqamət qeyd olunub və onlar çərçivəsində
seçilmiş bələdiyyələrlə əməkdaşlıq olacaq. Əsasən üç istiqamətimiz
var. Birinci bələdiyyələrə ekspert dəstəyidir, onlar qərarların
qəbulu prosesində vətəndaşın iştirakının hüquqi, siyasi çərçivəni,
eləcə də vətəndaş iştirakı formalarının həyata keçirilməsi
təcrübəsini gücləndirsinlər. İkinci istiqamət odur ki, bələdiyyə
orqanlarının, meriyaların, Bələdiyyə Məclislərinin əməkdaşlarının
vətəndaş iştirakı ilə əlaqədar peşəkarlığının və bacarıqlarının
gücləndirməsidir. Üçüncü istiqamət artıq məlumatlandırma
səviyyəsinin artırılmasıdır. Bu bələdiyyə orqanı əmədaşlarının,
eləcə də vətəndaş sektoru və vətəndaşların məlumatlandırılma
səviyyəsinin vətəndaş iştirakı ilə əlaqədar artırılmasını nəzərdə
tutur”, – Pelaqia Maxauri bildirdi.
Avropa Şurasının “Gürcüstanda yerli səviyyədə iştirakçı demokratiya
və insan hüquqlarının gücləndirilməsi” layihəsinin nümayəndəsi
bildirdi ki, Marneuli bələdiyyəsi eləcə də layihədə iştirak edən
digər bütün bələdiyyələrin seçilməsi açıq müsabiqə əsasında
olub.
“Müsabiqə elan edilmişdi və meyarlar yazılmışdı. Bələdiyyələr həmin
meyarları qane etməli idilər və eləcə də maraqlandıqlarına dair
məktub təqdim etməli idilər. Meyarlar əsasən, bələdiyyənin vətəndaş
iştirakı təcrübəsi istiqamətində güclənməyə ehtiyacı olduğu və bu
ehtiyacların layihənin məqsədinə, imkanlarına nə dərəcədə uyğun
gəlməsi ilə bağlı idi. Eləcə də bələdiyyələr müsabiqə üçün
müraciətlərində bu istiqamətdə layihə ilə əməkdaşlıq etmək
istədiklərini və bunun üçün hazır olduqlarını göstərməli idilər.
Həmçinin, müvafiq resursların olmasına üstünlük verilirdi, burada
insan resursları nəzərdə tutulur. Etnik azlıqların çox sayda
nümayəndəsinin yaşadığı bələdiyyələr də üstünlük təşkil
edirdi”.
Pelaqia Maxaurinin sözlərinə görə, memorandum layihə başa çatana,
2023-cü ilin sonuna qədər davam edəcək. O, “Marneuli” radiosunun
Marneuli bələdiyyəsinin açıq olmaqda aşağı indeksinin və media
nümayəndələrinin yerli özünüidarənin vəzifəli şəxslərindən müsahibə
ala bilməməsi faktının layihənin gedişatına təsir edib-etməyəcəyi
sualına münasibət bildirdi. Ancaq qeyd etdi ki, onlar üçün əsas
odur ki, bələdiyyə tərəfindən layihədə iştirak etməyə hazırlıq var
və memorandumları imzalamaq da bunu göstərir. Maxauri ümid edir ki,
Avropa Şurası və Marneuli bələdiyyəsinin əməkdaşlığı uğurlu
olacaq.