Marneulinin 7 küçəsində və Tseretelidə suvarma kanallarının bərpası planlaşdırılır

Marneuli yerli özünüidarəsi Marneuli şəhərində və Tsereteli kəndində suvarma kanallarının bərpasını planlaşdırır.

Marneuli meriyası 27 oktyabr tarixində suvarma kanalının bərpası üçün lazımi smeta sənədləri ilə bağlı 10 170 lari dəyərində tender elan edib.

Tender təklifinə görə, suvarma kanallarının bərpası Marneulinin 7 küçəsində və Tsereteli kəndində planlaşdırılır.

“Şəhərin 7 küçəsində (D.Ağmaşenebeli, Vaja-Pşavela, Lermontov, Yağlıca, Tbilisi, R.Lağidze və 20 yanvar küçələrində) mövcud olan köhnə suvarma kanalının bərpası planlaşdırılır. Hazırda şəbəkə sıradan çıxıb və layihə ilə onun bərpa edilməsi nəzərdə tutulub. Tsereteli kəndində olan beton arxlar xarab olub və yenilənməli və ya müvafiq hissəsi müəyyən edilməklə bərpa olunmalıdır”, – izahatnamədə qeyd olunub.

Suvarma kanallarının bərpası üçün lazımi smeta sənədlərinin tərtib edilməsi ilə bağlı tenderin texniki tələblərinə görə, yerli özünüidarə Marneulinin 7 küçəsində suvarma kanalının bərpası üçün təxminən 200 000 lari, Tsereteli kəndi üçün isə 100 000 lari nəzərdə tutub.

Tenderdə iştirak etmək istəyən şirkətlər tender təkliflərini 4 noyabrdan 7 noyabra qədər təqdim edə bilərlər.

 

 

Print Email
FaceBook Twitter Google