Marneulili Salome Xarşiladze oxçuluq üzrə Gürcüstan kubokunun qalibi olub
Marneulili oxçu Gürcüstan kubokunun və Ketevan Losaberidze kubokunun qalibi olub.

Marneuli bələdiyyəsinin İdman Məktəbi tərəfindən yayımlanmış məlumata görə, 26-29 oktyabr tarixində, Tbilisi şəhərində Ketevan Losaberidze adına Gürcüstan kubokunun finalı baş tutub. Salome Xarşiladze qadınlar arasında birinci yerə çıxıb.

“Turnir çərçivəsində qadın və kişilər kateqoriyasında qaliblər Salome Xarşiladze və Caba Moseşvili arasında super final, Ketevan Losaberidze kuboku oyunu baş tutub. Oyunda Salome Xarşiladze kuboku qazanıb. Turnir Dünya Oxçuluq Federasiyasının “WORLD ARCHERY“ (WA) qaydalarına uyğun olaraq keçirilib”,
– İdman Məktəbinin məlumatında qeyd olunub.

Marneuli bələdiyyəsinin İdman Məktəbinin məlumatına görə, turnirdə qalib gələnlər və mükafat qazananları Gürcüstan Milli Oxçuluq Federasiyası Prezidentinin müavini, Marneuli bələdiyyəsinin İdman Məktəbinin direktoru Mamuka Naveriani mükafatlandırıb.


"Marneuli" Radiosu


Print