Yeni ildən bələdiyyədə dörd park tikiləcək
Marneuli bələdiyyəsində dörd park tikiləcək. İşlər Algeti, Tamarisi, Marneuli şəhərinin 20 Yanvar küçəsində və hərbi şəhərcikdə həyata keçiriləcək.

Meriya Marneuli bələdiyyəsi ərazisində parkların tikilməsi üçün lazımi smeta sənədlərinin tərtib edilməsi xidməti ilə bağlı 25 500 lari dəyərində tender elan edib.

İstəyi olan namizədlər 4-7 noyabr tarixində tenderdə iştirak edə bilərlər. Qalib müqavilə bağlandıqdan etibarən 60 gün ərzində işləri həyata keçirməli olacaq.

Yerli özünüidarə qeyd edilən məkanlarda parkların tikilməsini 2022-2023-cü illərdə planlaşdırır. Bunun üçün 850 000 lari nəzərdə tutulub.

Məntəqələrə əsasən isə pul belə bölünüb:
  • Algeti kəndi - 100 000
  • Marneuli şəhəri, 20 Yanvar küçəsi - 100 000
  • Hərbi şəhərcik (uşaqlar üçün məkan) - 50 000
  • Tamarisi kəndi - 600 000

Print Email
FaceBook Twitter Google