Xocorni ictimai məktəbində "Payız bayramı" adlı tədbir keçirilib – FOTO
Bu gün, 1 noyabr tarixində Xocorni ictimai məktəbinin azərbaycandilli sektorunun müəllim heyyəti şagirdlərlə birlikdə "Payız bayramı" adlı tədbir keçirib.

Yeni Düşüncə İnstitutunun təsisçilərindən Kamran Əfəndiyev "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, tədbir Xocorni ictimai məktəbinin azərbaycandilli sektorunun müəllimləri tərəfindən təşkil olunub. 

Onun sözlərinə görə, tədbirin əsas məqsədi şagirdlərin bacarıqlarını nümayiş etdirmək və payızı qarşılamaq olub.

"Tədbirin məqsədlərindən biri şagirdlərin əmək və bacarıqlarını artırmaq idi. Bundan əlavə tədbirdə müəllim heyyəti, direktorlar şagirdləri təbrik etdilər. Şagirdlərin valideynləri də tədbirə qoşulmuşdular". 

Tədbir zamanı məktəb şagirdləri gürcü və azərbaycan dillərində şeirlər, nəğmələr söyləyib, rəqslər edib və müxtəlif rəsmlər çəkərək əyləniblər. 

Tədbirə həmçinin məktəbin ermənidilli sektorunun müəllim və şagirdləri də qatılıblar. 

























































































































































































Print Email
FaceBook Twitter Google