BMT-nin Gürcüstandakı daimi nümayəndəsi Tamarisidə tamaşada iştirak edib
1 noyabr tarixində, BMT-nin Gürcüstandakı daimi koordinatoru Sabine Maxili Marneulidə qonaq olub.

BMT-nin nümayəndəsi Tamarisidə “Luna və işıldaböcəklər planeti” uşaq tamaşasını izləyib. Tamaşada bir ailənin hekayəsindən bəhs olunur. Ailədə sehrli sərgüzəştlər baş verir. Valideynlər uşağın böyüdülməsi məsuliyyətini və ailə işlərini bərabər bölürlər, övladlarını dəstəkləyir və gücləndirirlər. Çünki onların hər birinin unikal və xüsusi olduğuna inanırlar.

Sabine Maxili eləcə də “Tamarisidə məhsul ayı” tədbirində də iştirak edib.

“Çox sevinirəm ki, bu gün burada, sizinlə, Marneuli bələdiyyəsinin Tamarisi kəndindəyəm. Mənim üçün Tbilisidən çıxmaq xoşdur, çünki Tbilisi çərçivələrini aşmaq, regionlara getmək planımız var. “Luna və işıldaböcəkləri planeti” kukla teatrını təqdim etmək bizim üçün çox maraqlıdır. Tamaşanın məhz bütün insanların bərabər imkanlarının olması mövzusu çox mühümdür”,
– Sabine Maxili bildirdi.

Mədəniyyət Mərkəzinin rəhbəri Nato Şavişvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, BMT-nin nümayəndəsinin Tamarisidə keçirilmiş tədbirlərlə maraqlandığına görə çox sevinir.

“Bu gün çox mühüm gündür. Tamarisi kəndində iki böyük məsələ birləşib. Onlardan biri xanım səfirin izləmək üçün gəldiyi tamaşadır. İkinci mühüm tədbir isə bizim təşkilatçılığımızla ənənə halını alıb. Bu məhsul ayıdır və sevinirik ki, xanım səfir bu mühüm tədbirdə də iştirak edib”,
– Nato Şavişvili bildirdi.

Tamarisidə həyata keçirilən tədbirlər:

  • Yerli məhsulların sərgisi/satışı
  • Tamarisi şərab mərəni ,,Awino"
  • Xixani İcma Evi
  • Maradisi eko klubu
  • Şaumyani İcma Evi
  • Sopo Bartkulaşvilinin şərab mərəni
  • Medea Çkaduanın düzəltdiyi zərgərlik əşyaları
  • Gürcü Folkloru və Xoreoqrafiya ansabmlı “Tamarioni”
  • “İberia” ansamblı
  • “Enquri” ansamblı
  • Tamarisi kənd məktəbi nəzdində mövcud olan xalq mahnı dəstəsi
  • Gil üzərində şüşələmə (uşaqların fəaliyyəti)
  • Amerika Guşəsi (Maarifləndirici oyunlar)
Print Email
Tags: BMT Tamarisi
FaceBook Twitter Google