Meriya gürcü dili iikinci dil kimi müəllimlərinin gediş haqqını yaxın zamanda ödəyəcək
Meriya Marneuli bələdiyyəsində işləyən gürcü dili ikinci dil kimi fənn pedaqoqlarının gediş haqqını yaxın zamanda ödəyəcək.

Yerli özünüidarədən bildirdilər ki, pedaqoqların bir qismi yeni tədris ili üçün yenilənmiş sənədi təqdim etməyi gecikdirib və məhz buna görə pulun köçürülməsi prosesi gecikib. Bələdiyyədən bildirirlər ki, bir neçə günə pul köçürüləcək.

Marneuli Bələdiyyə Məclisi 140 müəllimin gediş haqqının maliyyələşdirilməsi məsələsini 2022-ci ilin 18 aprelində təsdiq edib. Meriya hər bir müəllimin gediş haqqını illik 500 lari, aylıq isə 50 lari həcmində maliyyələşdirir. Meriya 140 müəllimə 10 ay ərzində büdcədən 7000 lari ayıracaq.

Print Email
FaceBook Twitter Google