Kuklalar onların başa düşdüyü dildə danışırlar – kənddə yaşayan uşaqların ilk tamaşa ilə bağlı emosiayaları
18:55 / 02.11.2022
Kənddə yaşayan uşaqların ilk dəfə ana dillərində teatr izləmək
imkanları var. "Luna və işıldaböcəklər planeti" Mareulinin
kəndlərinə gürcü, azərbaycan və erməni dilində nümayiş etdiriləcək.
"İlk dəfə teatra gəlmişəm. Belə maraqlı olacağını heç
təsəvvür etməzdim".
"Öyrəndim ki, hamı bərabər olmalıdır. Çünki gələcəkdə uşaqlar öz
dostlarını alçaltmasınlar", – Maretidə nümayiş olunan
tamaşada iştirak edən 7 yaşlı Aysun və 9 yaşlı Nika
bildiriblər.
“Luna və işıldaböcəklər planeti” tamaşasında ailədən, ailə
münasibətlərindən söhbət açılır. Bu xüsusilə sevgi dolu bir
ailədir. Burada cinsiyyətindən asılı olmayaraq işlər bölünüb.
Valideynlər uşaqlarını cinsiyyətindən asılı olmayaraq dəstəkləyir
və gücləndirirlər. Çünki onların hər birinin unikal və xüsusi
olduğuna inanırlar. Tamaşanın məzmunu kiçik tamaşaçılara və onların
valideynlərinə xatırladır ki, yaxın adamların qayğısına hər gün
qalmaq və ümumi problemlərlə mübarizə aparmaq ailənin xoşbəxtliyi,
harmoniyasının əsasıdır.
Tamaşa BMT-nin Əhali Fondunun (UNFPA) Gürcüstan ofisinin, Marneuli
Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq və Avropa İttifaqının dəstəyi ilə
yaradılıb.