Kuklalar onların başa düşdüyü dildə danışırlar – kənddə yaşayan uşaqların ilk tamaşa ilə bağlı emosiayaları
Kənddə yaşayan uşaqların ilk dəfə ana dillərində teatr izləmək imkanları var. "Luna və işıldaböcəklər planeti" Mareulinin kəndlərinə gürcü, azərbaycan və erməni dilində nümayiş etdiriləcək.

"İlk dəfə teatra gəlmişəm. Belə maraqlı olacağını heç təsəvvür etməzdim".

"Öyrəndim ki, hamı bərabər olmalıdır. Çünki gələcəkdə uşaqlar öz dostlarını alçaltmasınlar",
– Maretidə nümayiş olunan tamaşada iştirak edən 7 yaşlı Aysun və 9 yaşlı Nika bildiriblər.


“Luna və işıldaböcəklər planeti” tamaşasında ailədən, ailə münasibətlərindən söhbət açılır. Bu xüsusilə sevgi dolu bir ailədir. Burada cinsiyyətindən asılı olmayaraq işlər bölünüb. Valideynlər uşaqlarını cinsiyyətindən asılı olmayaraq dəstəkləyir və gücləndirirlər. Çünki onların hər birinin unikal və xüsusi olduğuna inanırlar. Tamaşanın məzmunu kiçik tamaşaçılara və onların valideynlərinə xatırladır ki, yaxın adamların qayğısına hər gün qalmaq və ümumi problemlərlə mübarizə aparmaq ailənin xoşbəxtliyi, harmoniyasının əsasıdır.

Tamaşa BMT-nin Əhali Fondunun (UNFPA) Gürcüstan ofisinin, Marneuli Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq və Avropa İttifaqının dəstəyi ilə yaradılıb.


"Marneuli" Radiosu



Print