Marneuli meriyasında vakansiyalar var
Marneuli bələdiyyə meriyası 4 vəzifəyə vakansiya elan edib.

Yerli özünüidarə daxili müasbiqə qaydası ilə bir, açıq müsabiqə qaydası ilə üç əməkdaş axtarır. Səhiyyə, Sosial Müdafiə, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstəkgöstərmə Şöbəsində birinci kateqoriya baş mütəxəssis vəzifəsinə daxili müsabiqə elan olunub. Həmin vəzifəyə görə əməkhaqqı 1870 lari müəyyən edilib.

Funksiyalar:
  • Xidmətə gələn vətəndaşların ərizələrinin müzakirəsi və ərizənin qane edildiyi halda sərəncamın və ya zəmanət məktubu layihəsinin hazırlanması
  • Tibb və əczaşılıq müəssisələri ilə təqdim-təhvil, qarşılıqlı müqayisə aktları layihəsinin hazırlanması, onların yoxlayışı əsasında fərdi-inzibati hüquqi akt layihəsinin hazırlanması
  • Rəhbərin yazılı tapşırığı əsasında müvafiq komissiyalarda və işçi qruplarında iştirak etmək
  • İllik hesabatın hazırlanması və rəhbər şəxsə təqdim edilməsi
  • Rəhbər şəxsin ayrıca tapşırıqlarını yerinə yetirmək.
Meriyada açıq müsabiqə qaydası ilə elan edilmiş vakant vəzifələr:

1) Səhiyyə, Sosial Müdafiə, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Göstərmə Şöbəsinin birinci kateqoriyalı baş mütəxəssisi, əməkhaqqı – 1540 lari
2) Maddi-Texniki Təminat Şöbəsinin birinci kateqoriyalı baş mütəxəssisi, əməkhaqqı – 1540 lari
3) İnfrastruktur tikintisi və İnkişaf Prosesinin Analizi, Monitorinq Şöbəsinin birinci kateqoriyalı baş mütəxəssisi, əməkhaqqı – 1540 lari


Qeyd olunan vəzifələrə indiki mərhələdə 17 nəfər müraciət edib. Müraciətlərin son qəbul vaxtı 6 noyabr tarixidir. Komissiya yekun qərarı səs çoxluğu əsasında qəbul edəcək. Qərar müraciətlərin təqdim edilməsi müddətinin başa çatmasından 3 ay müddətində qəbul olunacaq.

Print Email
FaceBook Twitter Google