Bələdiyyə Məclisi Komissiyaların iclasları barədə məlumat yayımlamağa başlayıb
Marneuli Bələdiyyə Məclisi komissiyaların iclasları barədə məlumat yayımlamağa başlayıb.

Qanunverici orqan tərəfindən yayımlanmış bəyanata görə, Marneuli Bələdiyyə Məclisinin Maliyyə-Büdcə Komissiyasının iclası 2022-ci ilin 7 noyabr tarixində, saat 12:00-da baş tutacaq. Müzakirə üçün bir məsələ çıxarılacaq. Mövzu Marneuli bələdiyyəsinin 2022-ci il büdcəsinin üçüncü rübünün hesabatı ilə bağlıdır.

Bələdiyyə Məclisinin İctimaiyyət, Qeyri-Hökumət Təşkilatları və Mətbuat ilə Əlaqələr Şöbəsinin rəhbəri İa Esebua “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, komissiyaların iclaslarının yayımlanması və açıqlıq qanunu ilə nəzərdə tutulmuş öhdəlik bundan sonra yerinə yetiriləcək.



"Marneuli" Radiosu

Print