Böyük Muğanlıda suvarma suyu şəbəkəsinin qurulması üçün 21 342 lari xərclənməsi planlaşdırılır
Marneuli meriyası Böyük Muğanlı kəndində suvarma suyu şəbəkəsinin qurulması işləri üçün 21 342 lari dəyərində tender elan edib. Tender sənədində qeyd olunub ki, Böyük Muğanlıda suvarma şuyu magistral borusu qurulub və artıq müəyyən məntəqələrə su veriləcək. Yeni layihənin məqsədi isə magistral borudan suvarma suyunun 3 yeni bölməsini təmin etməkdir.

“Birinci bölmədə olan magistral boruya açıq qaydada yeni 110 mm-lik 10 atmosferlik boru birləşdiriləcək. İkinci hissədə olan polietilen magitsral borudan mövcud dəmir boruya (hazırda fəaliyyətsiz) birləşdiriləcək. Sonra isə mövcud dəmir borudan yeni 110 millimetr, 10 atmosfer, 170 metr uzunluğunda polietilen boru biləşdiriləcək.

Ventil quraşdırılacaq və su yataqlarına 40 mm-lik polietilen borularla su veriləcək. Üçüncü hissədə olan dəmir boruya 110 mm-lik. 230 metr uzunluğunda 10 atmosferlik boru quraşdırılacaq. İlk 110 metr açıq qaydada quraşdırılacaq və qalan 120 metr boru yeraltı qurulacaq. Borunun 1 yerində asfaltı kəsmək lazım olacaq və ona görə asflat-beton kəsiləcək, sonra bərpa olunacaq”,
– tenderdə yazılıb.

Böyük Muğanlıda suvarma suyu şəbəkəsi tikintisini 100% yerli özünüidarə maliyyələşdirir. Bələdiyyə işlər üçün tenderi 8 noyabrda elan edib. İstəyi olan şirkətlər 24-29 noyabrda tenderdə iştirak edə bilrələr. Qalib şirkət müqavilə bağlandıqdan 45 gün ərzində işləri həyata keçirməli olacaq.

Print Email
FaceBook Twitter Google