Bu gün, 9 noyabr tarixində Gürcüstan Prokurorluğu Mülki Məşğulluq
Mərkəzlər Şəbəkəsinin Marneuli ofisində əhali və mülki sektor
nümayəndələri ilə məlumatlandırıcı görüş keçirib.
Görüşün əsas mövzuları femisit, ailədə zorakılıq və qadına qarşı
zorakılıq mövzularına aid idi. Marneuli rayon prokuroru Murad
Mnatobişvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
məlumat kampaniyasının məqsədi qadına qarşı və ailədə zorakılıq
haqqında əhalinin məlumatlandırılmasıdır.
“Gürcüstan Prokurorluğu bir neçə regionda bu
kampaniyanı aparır və onlardan biri Marneuli bələdiyyəsidir.
Marneuli Rayon Prokurorluğunun əməkdaşları artıq bir neçə gündür
Marneulidə əhali ilə görüşürük və dediyim kimi bunun məqsədi
ictimaiyyətin məlumatlandırılmasıdır. Gürcüstan Prokurorluğu
ümumiyyətlə, artıq bu istiqamətdə ciddi cinayət hüququ siyasəti
aparır. Baxmayaraq ki, ciddi cinayət hüququ siyasəti aparılır,
ölkədə yenə də femisit halları var və buna görə ictimaiyyətin fəal
qoşulması lazımdır. Belə halda onlar yayılmış stereotiplər, onların
hüquqları barədə, qadın və kişilərin bərabər hüquqları barədə daha
çox biləcəklər. Onlara ictimaiyyətin belə hallarda göstərdiyi sükut
əksər hallarda cinayət iştitakçısı olaraq müzakirə
olunur”, – Murad Mnatoblivili bildirdi.
Prokurorluğun məlumatlandırma görüşündə Marneulinin mülki fəalı
Samirə Bayramova iştirak edirdi. Onun sözlərinə görə, belə görüşlər
bələdiyyədə davamlı olaraq keçirilməlidir.
“Regionda olan bəzi ənənələrdən və problemdən irəli
gələrək bəziləri femisitə haq qazandırır. Düşünürlər ki, əgər qadın
ənənəni pozursa, qadının “adı pisdirsə” bu zamanı biz onu
öldürməliyik. Amma eyni zamanda düşünmürlər ki, əgər həmin hərəkəti
kişi edirsə onda nə baş verir, bu ictimaiyyət tərəfindən adi norma
hesab olunur. Belə məlumatlandırma görüşləri daim olmalıdır. Bunu
yalnız Prokurorluq keçirməli deyil yerli özünüidarə və onun
nümayəndələri də buna qoşulmalıdırlar. Onlar da bu istiqamətdə fəal
iştirak etməlidirlər”.
Femisit qadına qarşı zorakılığın formasıdır. O qadın və qızların
məhz qadın olduğuna görə, öldürülməsi deməkdir. Gürcüstan
Prokurorluğu Marneuli şəhərindən başqa Qasımlı və Şulaveri
kəndlərində də görüş keçirib.
Gürcüstan Prokurorluğu “Femisitə yox” məlumatlandırma kampaniyasını
ABŞ səfirliyi və BMT-nin Qadın Təşkilatının dəstəyi ilə həyata
keçirir.