“Ölümdən sonar həyat” – Altı saylı məktəbdə Pirosmaninin 160 illiyinə həsr olunmuş tədbir keçirilib
11 noyabr tarixində Marneuli altı saylı ictimai məktəbində Niko Pirosmaninin 160 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir məktəbin qapısından, kostyumlu tamaşalarla başlayıb. Qonaqları içəri daxil olmaq üçün şagirdlər müşayiət edirdilər və yol boyunca Niko Pirosmani haqqında məlumat verirdilər.

Sərgilər foyedən başlayırdı. Şagird və müəllimlərin yaratdığı əl işləri təqdim olunmuşdu. Niko Pirosmaninin yaradıcılğı barədə teatr nümayişləri qurulmuşdu.

“Ölümdən sonra həyat” – altı saylı ictimai məktəbin gürcü dili və ədəbiyyat müəllimi Nana Çubinidzenin hazırladığı layihə belə adlanır. Layihə çərçivəsində məktəb tədbirlər zalında onlarla qonağa ev sahibliyi etdi.

Pedaqoqun sözlərinə görə, tədbirin əsas qəhrəmanları şagirdlər, Gürcüstanın gələcəyi olacaq insanlar idi.


“Bizim məktəb yeni məktəb modelinə qoşulub və qərar verdik ki, layihə həyata keçirək. Layihə çərçivəsində belə bir şey edək. “Nikalanın” (Niko Pirosmanişvili) sərgiləri keçirildi, həyətdə ağac da əkdik, müxtəlif fəaliyyətlərimiz oldu. Yekun tədbirdə siz bu uşaqların əl işlərini gördünüz. Məktəb və ümumiyyətlə məktəb kollektivi üçüncü nəsil tədris planını məktəbdə fəal olaraq həyata keçiririk. Demək istəyirəm ki, bizim şagirdlər olmasa, bizin peşəmizin dəyəri olmazdı. Biz onlar üçün işləyirik, çünki sabahkı Gürcüstanı kimə təhvil verdiyimizi bilməliyik. Siz bunu gördünüz, bizim uşaqlar sabahkı Gürcüstandır. Ona görə də altı saylı məktəbin rəhbərliyi ilə bərabər layiqli nəsil yetişdirmək üçün gücümüzü əsirgəməyəcəyik”, - Nana Çubinidze bildirdi.

Tədbirə gəlmiş qonaqlar öz təəssüratlarını bizimlə bölüşdülər.

“Məktəb rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm, xüsusilə də şagirdlərə. Çox maraqlıv və xoşagələn tədbirlər üçün sağ olsunlar”, – Əli Qəhrəmanov bildirdi.

“Bugünkü təqdimatı çox bəyəndim. Məktəbə və bu tədbirdə iştirak edən hər kəsə minnətdaram”, - Mamuka Şubitdze bildirdi.


Şagirdlərin sözlərinə görə, onlar üçün fəaliyyətdə iştirak etmək inkişaf və stimul vericidir.

“Bizim həyata keçirdiyimiz layihədə Niko Pirosmani haqqında çox məlumatla tanış olduq. Nana Çubinidzenin rəhbərliyi ilə çox maraqlı tədbir keçirildi. Bizə tədbirə qoşulmaq üçün şərait yaradılmışdı”, - Səma İsmayılova bildirdi.

“Olduqca vacib tədbir idi. Təxminən beş gün ərzində hazırlaşırdıq. Bu tədbirə çox zəhmət çəkdik. Müəllimlərə, rəhbərliyə və öz töhfəsini verən hər kəsə minnətdarlığımı bildirirəm”, – Mariam Suxişvili bildirdi.

Tədbirdə yerli özünüidarə üzvləri, ictimai məktəblərin rəhbərlikləri və digər dəvət olunmuş qonaqlar iştirak edirdilər.

"Marneuli" Radiosu
Print