Qardabanili idmançı ilk peşəkar yarışına çıxacaq
Qardabanili kikboksçu Özcan Əhmədov Türkiyənin İzmir şəhərində keçiriləcək “Ümit Fight Arena 4 Kickboxing” yarışında iştirak edəcək. Bu ilin 17 dekabrında keçirilməsi planlaşdırılan yarışda o, ilk peşəkar yarışına çıxacaq. Özcanın məşqçisi İsfahan Əliyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, o, idmançısına inanır və həmin yarışdan idmançısı vətənə qələbə ilə qayıdacaq.

Özcan Əhmədov kikboks üzrə beşqat Gürcüstan çempionudur. 2019-cu ildə Almaniyanın Nordhorn şəhərində keçirilən yeniyetmələr arasında yarışda K1 üzrə WFMC üzrə dünya çempionluğunu qazanıb. Bununla yanaşı bu ilin 1-6 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən “World Martial Arts Championship 2022” yarışında Özcan Əhmədov böyüklər arasında keçirilən K1 üzrə dünya çempionu adına da layiq görülüb.

Qeyd edək ki, Özcan Əhmədov Qardabanidə fəaliyyət göstərən “Qaracalar” idman klubunun idmançısıdır. Onun baş məşqçisi isə İsfahan Əliyevdir.

Print Email
FaceBook Twitter Google