Saimerlo kəndinə suyun və elektrik enerjisinin verilməsi nə zaman bərpa olunacaq
Marneuli bələdiyyəsinin Saimerlo kəndinə bu gün səhərdən elektrik enerjisi və su verilmir.

“Marneuli” radiosu xidmət göstərən şirkətlərdən kəndə suyun və işığın nə zaman veriləcəyini soruşub. “Energo-Pro-Georgia”-nın qaynar xəttindən bildirdiklərinə görə, kəndə elektrik enerjisinin verilməsi saat 20:00-da planlaşdırılır. Səbəb olaraq isə genişmiqyaslı işlərin aparıldığını qeyd edirlər.

“Bu istiqamətdə genişmiqyaslı işlər aparılır, saat 20:00-a qədər işıq olmayacaq. Bərpa edilir, söndürmə qurğularının quraşdırılması işləri aparılır”,
– şirkətdən bildirdilər.

“Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətinin” Kvemo Kartli filialının rəhbəri Nikoloz Vasadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Saimerlo kəndində içməli suyun dayandırılmasına nasosun sıradan çıxması səbəb olub. O, bildirir ki, içməli su kəndə saat 18:00-19:00 radələrində veriləcək.

Print Email
FaceBook Twitter Google