Marneuli yerli özünüidarəsi Tamarisi kəndində istirahət məkanında
qovşaqların tikintisi üçün “Sopo” MMC ilə sadələşdirilmiş müqavilə
bağlayıb.
Marneuli meriyası Tamarisidə sanitar qovşağın qurulmasını kəndə
dəstək proqramı çərçivəsində planlaşdırır və bunun üçün 28 063 lari
ayrılıb.
“Sopo” MMC və Marneuli meriyası arasında bağlanmış sadələşdirilmiş
müqavilə 16 noyabrda bağlanıb. Müqaviləyə əsasən, layihə üçün
nəzərdə tutulmuş 28 063 laridən 19 400 lari dövlət büdcəsindən, 8
663 lari isə yerli özünüidarədən ayrılacaq.
Dövlət alqı-satqısı haqqında müqaviləyə görə, “Sopo” MMC Tamarisidə
istirahət məkanında sanitar qovşağı 60 gün ərzində qurmalıdır.