Tamarisinin parkında sanitar qovşağın qurulması üçün 28 063 lari xərclənəcək
Marneuli yerli özünüidarəsi Tamarisi kəndində istirahət məkanında qovşaqların tikintisi üçün “Sopo” MMC ilə sadələşdirilmiş müqavilə bağlayıb.

Marneuli meriyası Tamarisidə sanitar qovşağın qurulmasını kəndə dəstək proqramı çərçivəsində planlaşdırır və bunun üçün 28 063 lari ayrılıb.

“Sopo” MMC və Marneuli meriyası arasında bağlanmış sadələşdirilmiş müqavilə 16 noyabrda bağlanıb. Müqaviləyə əsasən, layihə üçün nəzərdə tutulmuş 28 063 laridən 19 400 lari dövlət büdcəsindən, 8 663 lari isə yerli özünüidarədən ayrılacaq.

Dövlət alqı-satqısı haqqında müqaviləyə görə, “Sopo” MMC Tamarisidə istirahət məkanında sanitar qovşağı 60 gün ərzində qurmalıdır.
"Marneuli" Radiosu

Print