Meriyaya müraciət edildiyi halda Kostava küçəsinə tramplin quraşdıracaqlar
Meriyaya müraciət edərlərsə, Kostava küçəsinə tramplin quraşdıracaqlar.

23 noyabr tarixində, Marneulidə, Merab Kostava küçəsində yol-nəqliyyat hadisəsi zamanı 17 yaşlı qız dünyasını dəyişib. Qeyd olunan küçədə məktəb, kollec, yaşayış evləri yerləşir.

Kostava küçəsindən keçən yol beynəlxalq əhəmiyyətli yoldur. Bu yoldan gün ərzində yüzlərlə yük və minik maşınları keçir. Kostava küçəsində yaşayan sakinlər “Marneuli” radiosu ilə söhbətləri zamanı bildirdilər ki, həmin ərazidə tez-tez qəzalar baş verir. Yolda quraşdırılmış yeganə tramplin isə qısa zaman ərzində xarab olub.

“Marneuli” radiosu yerli özünüidarədən həmin ərazidə öz təşəbbüsləri ilə tramplin quraşdırmağı planlaşdırıb-planlaşdırmadıqlarını və ya yolun həmin hissəsində təhlükəsizliyin təmin edilməsinin hansı formada olduğunu soruşub. Meriyanın mətbuat xidmətindən bildirdilər ki, Merab Kostava küçəsi Avtomobil Yolları Departamentinə məxsusdur. Tramplinin düzəldilməsi üçün yerli sakinlər meriyaya müraciət etməlidirlər və bundan sonra bələdiyyə Departamentlə onlar arasında vasitəçilik edəcək.


23 noyabrda Merab Kostava küçəsində, 2 saylı məktəbə yaxın ərazidə Qızılhacılı sakini 17 yaşlı qızı maşın vurub və o, yerindəcə dünyasını dəyişib. 17 yaşlı yeniyetmə Marneulinin məktəblərindən birində, 12-ci sinifdə oxuyurmuş. Qəza o, hazırlıq kursundan evə qayıdarkən baş verib.


Print Email
FaceBook Twitter Google