Marneuli meriyası maşın mühərriki almaq üçün 4750 lari dəyərində sadələşdirilmiş müqavilə bağlayıb
Marneuli yerli özünüidarəsi maşın mühərrikinin alınması və quraşdırılması üçün "Ekspress" Səhmdar Cəmiyyəti ilə müqavilə bağlayıb.

Sadələşdirilmiş müqaviləyə əsasən Marneuli meriysının Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Göstərmə Xidmətinin balansında olan maşınlarrın mühərrikinin dəyişdirilməsinə ehtiyac var.

Mühərrikin alınması və quraşdırılması üçün Marneuli meriyası Yuri Samxaradzenin şirkətinə 4750 lari ödəyib.

Marneuli meriyası və "Ekspress" arasınsa müqavilə 29 noyabrda bağlanıb. Müqaviləyə görə, maşın mühərriki müqavilə bağlandıqdan 5 gün ərzində təmir olunmalıdır.


Print Email
FaceBook Twitter Google